Qanunsuz ov edən şəxslər saxlanılıblar

Xəbərlər

11.12.2020 - 18:58

Qanun pozucuları 1500 manat məbləğində cərimə ediliblər

 

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Oğuz rayonu ərazisində qanunsuz ov edən şəxslər saxlanılıb.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən AYNA-ya verilən məlumata görə, Xidmətin rəis müavini Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı brakonyerlərin Qəbələ rayon sakini Cavid Xasmamedov, Ağdaş rayon sakinləri Mehman Veyisov və Namik Qənbərov olduğu məlum olub: “Faktla bağlı qanun pozucuları barəsində protokol tərtib olunub və hər biri 1500 manat məbləğində cərimə ediliblər”.

Müəllif: Ayna.az

GÜLSÜM

Dünən, 22:14 Yazarlar