Qadın salonu işlədənlər cəzalandırılıb

Xəbərlər

28.12.2020 - 18:03

Xaçmazda qaydaları pozan gözəllik salonu aşkarlanıb

 

Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları inzibati ərazilərində xidmət aparan zaman rayon ərazisində karantin qaydalarını pozaraq gizli şəkildə fəaliyyət göstərən gözəllik salonu aşkarlayıblar.  Bu barədə AYNA-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.

 

Polis əməkdaşları tərəfindən obyektin fəaliyyəti dayandırılıb və salonda çalışan dörd işçi barədə inzibati qaydada tədbirlər görülüb. Faktla bağlı araşdırmalar davam etdirilir.

Müəllif: Ayna.az