Prezidentlər bir sıra məsələləri müzakirə ediblər
Rusiya Prezidenti Vladimir Putinləı Suriya Prezidenti Bəşər Əsəd arasında telefon danışığı olub. AYNA xəbər verir ki, bu barədə Kremlin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilir ki, Putinlə Əsəd koronavirusla mübarizədə əməkdaşlıq, Rusiya peyvəndinin Suriyaya göndərilməsi məsələlərini müzakirə ediblər.
Tərəflər Konstitusiya Komitəsinin fəaliyyəti çərçivəsində Suriyada sülh prosesinin irəliləməsi istiqamətində də fikir mübadiləsi aparıblar.