Putin Baydeni canlı efirdə debata çağırıb
“Ağ Ev prezident Co Baydenin bu günlərdə Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar aparmağa hazır olub-olmadığını hələ ki deyə bilməz”.
AYNA xarici mətbuata istinadən xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Cen Psaki bu gün keçirdiyi brifinqdə deyib.
“Gələcək danışıqlar barədə mənim sizə söyləyəcək bir sözüm yoxdur. Prezident sabah Corciyada olacaq və çox məşğuldur”, - deyə Psaki bildirib.
Onun sözlərinə görə, Baydenin artıq bir dəfə Putinlə telefon danışığı olub və Amerika liderinin hələ telefon danışıqları aparmadığı başqa dünya liderləri də var.