Putin “Zəfər paradı”nın keçiriləcəyi tarixi açıqlayıb

Dünya

26.05.2020 - 16:49

Parad iyunun 24-də Moskvada keçiriləcək

 

İyunun 24-də Moskvada hərbi parad keçiriləcək. AYNA Rusiya mətbuatına istinadən bildirir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin məlumat verib.

 

Prezident 24 iyunda Moskvanın Qırmızı meydanında “Zəfər paradı” ediləcəyini açıqladı.

 

Qeyd edək ki, İkinci Dünya müharibəsinin 75-ci ildönümündə keçirilməsi planlaşdırılan parad, koronavirus pandemiyası səbəbindən təxirə salınmışdı. 

Müəllif: Ayna.az