"Rusiya BMT-nin beynəlxalq məsələlərdə mərkəzi rolunu qoruyub saxlamasını dəstəkləyir"
“Rusiya BMT-nin beynəlxalq məsələlərdə mərkəzi rolunun qorunmasına və gücləndirilməsinə böyük əhəmiyyət verir”. AYNA.AZ xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin Yeni Dehlidə keçirilən BRICS sammitində çıxışı zamanı deyib.
"Rusiya qlobal məsələlərdə BMT-nin mərkəzi rolunun qorunmasına və gücləndirilməsinə müstəsna əhəmiyyət verir. BMT Nizamnaməsi beynəlxalq hüququn əsas mənbəyidir", - deyə Rusiya lideri qeyd edib.
Putin Moskvanın BMT-nin işinin keyfiyyətini artırmaq üçün eyni düşüncəli BRICS tərəfdaşları ilə işləməyə davam etməyin zəruri olduğuna inandığını bildirib.