Prezidentin köməkçisi: "Yalnız bu gün ərzində Tərtərə 2 mindən çox mərmi atılıb"

Siyasət

02.10.2020 - 19:54

Hikmət Hacıyev: "Bu vəhşilik, barbarlıq və insanlığa yaraşmayan hərəkətdir"

 

"Ermənistan silahlı qüvvələri Azərbaycanın yaşayış məntəqələrini və mülki əhalisini qəsdən hədəfə almaqda davam edir".

 

Bunu AYNA-ya açıqlamasında Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib. 

 

"Yalnız bu gün ərzində Tərtərə 2 mindən çox mərmi düşüb. Bu vəhşilik, barbarlıq və insanlığa yaraşmayan hərəkətdir.

 

Ermənistanın beynəlxalq humanitar hüququn, o cümlədən 1949-cu il Cenevrə konvensiyalarının müddəalarını kobud surətdə pozan bu hərəkəti müharibə cinayətidir.

 

Bildiririk ki, Azərbaycan silahlı qüvvələri tərəfindən adekvat cavab tədbirləri həyata keçiriləcəkdir", - o vurğulayıb.

Müəllif: Ayna.az