İlham Əliyev: “Şəhidlərimizi ehtiramla yad edirik!”
Azərbaycan Prezidenti İlham Əliyevin “Facebook” hesabında şəhidlərimizlə bağlı paylaşım edilib.
AYNA xəbər verir ki, “Şəhidlərimizi ehtiramla yad edirik!”, - deyə paylaşımda deyilir.
Qeyd edək ki, bu gün saat 12:00-da Azərbaycanda şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək. Anımın simvolu Xarı bülbüldür.