Prezident yeni nazir təyin edib

Xəbərlər

05.01.2021 - 15:11

İlham Əliyev Anar Kərimovla bağlı sərəncam imzalayıb

 

Prezident İlham Əliyev Anar Qabil oğlu Kərimovun Azərbaycan Respublikası Mədəniyyət nazirinin birinci müavini vəzifəsindən azad edilməsi haqqında Sərəncam imzalayıb. AYNA xəbər verir ki, bu barədə Prezidentin rəsmi saytı məlumat yayıb.

 

Sərəncama əsasən, “Azərbaycan Respublikası Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra etmək səlahiyyətinin verilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 20 iyul tarixli 2163 nömrəli Sərəncamı ləğv edilib.

 

Dövlət başçısının digər sərəncamı ilə A.Kərimov Azərbaycan Respublikasının Mədəniyyət naziri təyin edilib.

Müəllif: Ayna.az