Sabiq vitse-spiker “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
Prezident İlham Əliyev Valeh Ələsgərovun 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.
AYNA xəbər verir ki, Valeh Ələsgərov Azərbaycanın ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif edilib.
Qeyd edək ki, V.Ələsgərov bundan əvvəlki çağırış Milli Məclis Sədrinin müavini işləyib.