Prezident iki səfiri geri çağırdı

Xəbərlər

12.02.2021 - 13:15

Estoniya və İordaniya Haşimilər Krallığındakı səfirlər geri çağırılıb

 

Prezident İlham Əliyev Murad Nizami oğlu Nəcəfbəylinin Azərbaycan Respublikasının Estoniya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında Sərəncam imzalayıb. AYNA bu barədə Prezidentin rəsmi saytı məlumat yayıb.

 

Dövlət başçısının digər sərəncamı ilə, Rasim Şəmsəddin oğlu Rzayev Azərbaycan Respublikasının İordaniya Haşimilər Krallığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

Müəllif: Ayna.az