Təməlqoyma mərasimində Birinci vitse-prezident də iştirak edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 14-də Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 27-ci kilometrində Füzuli-Şuşa yolunun, həmçinin Füzuli rayonunda hava limanının təməlini qoyub.
“Füzuli beynəlxalq hava limanının təməlini qoyduq. Bu il Füzuli beynəlxalq hava limanı istifadəyə verilməlidir. Hər halda uçuş-enmə zolağı istifadəyə verilməlidir ki, bu ildən başlayaraq xarici vətəndaşlar və xaricdə yaşayan azərbaycanlılar Şuşaya təyyarə ilə gələ bilsinlər”.
AYNA xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev hava limanının təməlini qoyduqdan sonra deyib.
Dövlət başçısının sözlərinə görə, bununla paralel olaraq göstəriş verilib ki, Füzuli beynəlxalq hava limanından beynəlxalq uçuşların təşkil edilməsi istiqamətində də işlərə start verilsin: “Eyni zamanda Azərbaycanın digər şəhərlərindən Şuşaya getmək üçün buraya gəlib, buradan rahat gedə bilərlər. Lənkərandan, Naxçıvandan, Gəncədən və digər bizim şəhərlərimizdən. İndi isə istiqamət Şuşa şəhəri və yol boyunca əlavə məlumat veriləcək”.