Pompeo Rusiya hökumətindəki dəyişikliklərdən danışdı

Dünya

18.01.2020 - 06:45

"Rəsmi Moskvaya qarşı addımlarımız, çətin ki, dəyişsin”

 

ABŞ Dövlət katibi Mayk Pompeo Rusiyada nazirlər kabinetində aparılan dəyişikliklərə münasibət bildirib və deyib ki, Vaşinqton vəziyyətin necə inkişaf edəcəyini qiymətləndirməlidir.

 

AYNA APA-ya istinadən xəbər verir ki, Pompeo bu fikirləri yerli radiostansiyaya verdiyi müsahibəsində səsləndirib.

 

“Fikrimizcə, ölkələrarası münasibətlərimiz var. Rusiya hökumətindəki bəzi dəyişikliklərdən sonra rəsmi Moskvaya qarşı addımlarımız, çətin ki, dəyişsin”, - deyə diplomat qeyd edib.

 

Bildirilir ki, Moskvada ikitərəfli münasibətlər üzərində ABŞ-ın bu ölkədəki yeni səfiri Con Sallivan işləyəcək. Onun artıq Rusiya paytaxtına gəldiyi və Con Hantsmanı əvəz etdiyi məlum olub.

 

Rusiya XİN Sallivanı “yüksək peşəkar, təcrübəli bir diplomat” kimi xarakterizə edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş