Qəzadan sonra “Poznan-Wagrowiec” dəmir yolu bağlanıb
Polşanın Poznan şəhərinin Bolechowo kəndində ağır qəza hadisəsi baş verib.
AYNA xarici mətbuata istinadən xəbər verir ki, “Poznan-Wagrowiec” ekspedisiyası edən sərnişin qatarı qırmızı işığa baxmayaraq, keçiddən keçməyə çalışan yük maşınını vurub.
Qəza nəticəsində 2-si ağır olmaqla, 14 nəfərin yaralandığı bildirilib.
Qəzadan sonra “Poznan-Wagrowiec” dəmir yolu bağlanıb.
Polşa Dəmir Yolları İdarəsinin sözcüsü Magdalena Janus verdiyi açıqlamada, qatarla yük maşını götürüldükdən və relslərdəki yoxlamalardan sonra xəttin açıla biləcəyini söyləyib: “Relsləri araşdıracağıq və təmirə ehtiyac olub-olmadığını öyrənəcəyik. Ümid edirik ki, bu gün axşam saatlarında qatarların hərəkəti bərpa olunacaq”.