Polşada prezident seçkiləri baş tutmayıb

Dünya

11.05.2020 - 17:21

Parlamentin yeni seçki günü gün təyin etmək üçün 2 həftə vaxtı var

 

Mayın 10-da Polşada keçirilməsi planlaşdırılan president seçkiləri baş tutmayıb. AYNA xarici mediaya istinadən bildirir ki, prezident seçkiləri böyük ehtimalla iyul və ya avqustda olacaq.

 

Ölkə parlamentinin yeni seçki günü gün təyin etmək üçün 2 həftə vaxtı var.

 

Qeyd edək ki, ölkənin hakim partiyası olan “Hüquq və ədalət” seçkiləri əvvəlcədən ölkənin Konstitusiyasına uyğun olaraq rəsmi ləğv etməmişdi. Ona görə də seçki hüquqi olaraq keçirilib, lakin səsvermə olmadığı üçün baş tutmamış sayılır.

Müəllif: Ayna.az