Polislə DTX Ağdamda birgə əməliyyat keçirib

Xəbərlər

30.06.2021 - 11:57

Çəkisi 106 kiloqram olan 1074 ədəd çətənə kolu aşkar edilərək məhv edilib

 

“Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar olunub. Bu barədə AYNA-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

 

Bildirilib ki, Ağdam Rayon Polis Şöbəsinin və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində işğaldan azad olunmuş Əliağalı kəndi ərazisində yabanı halda bitmiş çəkisi 106 kiloqram olan 1074 ədəd çətənə kolu aşkar edilərək məhv edilib.

Müəllif: Ayna.az