Polis Şabran sakininə ciddi xəbərdarlıq edib

Xəbərlər

03.12.2020 - 12:41

Həkimlər Klinikalar SEO Xidməti

Yaşayış yerini tərk edən COVID-19 xəstəsi aşkarlanıb

 

Yaşadığı evini tərk edən daha bir koronavirus xəstəsi aşkarlanıb. Bu barədə AYNA-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.

 

Qeyd olunub ki, Şabran rayon sakini M.Məmmədova COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilsə də, lakin adıçəkilən şəxs karantin qaydalarını pozaraq yaşayış yerini tərk edib.

 

Polis şöbəsinin əməkdaşları tərəfindən qaydaları pozan və sakinlərin sağlamlığı üçün ciddi təhlükə yaradan M.Məmmədovun törətdiyi qanunazidd hərəkətin qarşısı dərhal alınaraq, o yaşadığı ünvana qaytarılıb və tam sağalanadək evdən çıxmaması barədə ciddi xəbərdarlıq edilib.

 

Həmin şəxsin törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün Şabran RPŞ-nin İstintaq Bölməsində araşdırmalar aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş