Polis axtarışda olan 14 nəfəri saxlayıb

Xəbərlər

28.05.2020 - 17:51

Dünən törədilmiş 30 cinayətin üstü açılıb

 

Dünən gün ərzində törədilmiş 30 cinayətin üstü respublikanın daxili işlər orqanları tərəfindən “isti izlər”lə açılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 10 cinayətin açılması təmin olunub.

 

Axtarışda olduğuna görə ümumilikdə 14 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 4 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Respublikanın avtomobil yollarında baş vermiş bir ağır yol-nəqliyyat hadisəsi nəticəsində bir nəfər ölüb, bir nəfər xəsarət alıb.

 

Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 20, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyənləşdirilib.

 

Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş