Terrorçuların cəhdlərinin qarşısı alınıb
“Sülh çeşməsi” əməliyyatının aparıldığı bölgəyə girməyə cəhd edən PKK/YPG terror təşkilatları ilə Suriya Milli Ordusu (SMO) arasında qarşıdurma yaşanıb.
AYNA Türkiyə mətbuatına istinadən xəbər verir ki, şiddətli qarşıdurmaların baş verdiyi bölgədə SMO döyüşçüləri terror təşkilatlarının cəhdlərinin qarşısını almağı bacarıb.
Fərat çayının şərqində hücumlarını davam etdirən terror təşkilatlarının Rasulayn və Tel Abyad bölgələrini yenidən hədəf aldığı bildirilir.
Qeyd edək ki, 2019-cu il oktyabrın 9-da Türkiyə Silahlı Qüvvələri terror təşkilatlarına qarşı başlatdığı “Sülh çeşməsi” əməliyyatı çərçivəsində Rasulayn bölgəsini PKK/YPG terrorçularından xilas edə bilmişdi.