Pirallahıda 3 küçədə təmir işləri aparılır

Xəbərlər

20.05.2025 - 23:04

Həkimlər Klinikalar SEO Xidməti

Hər üç küçədə torpaq yatağının eni 8, yolun hərəkət hissəsinin eni 6 metrdir

Bu ilin “İnvestisiya Proqramı”na uyğun olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Pirallahı rayonunun Pirallahı qəsəbəsində Mətbuat, Sahil və Dostluq küçələrinin əsaslı təmiri aparılır. AYNA.AZ xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib.

Qeyd olunub ki, sözügedən küçələr torpaq əsaslı olduğu üçün gediş-gəlişdə problemlərə səbəb olur, hərəkətin rahatlığını və təhlükəsizliyini təmin etmirdi. Aparılan əsaslı təmir işləri ilə bu problem aradan qaldırılacaq.

Hazırda uzunluğu 880 metr olan Dostluq küçəsində torpaq işləri, 850 metr uzunluğunda olan Sahil küçəsində torpaq və asfalt-beton örtüyünün döşənməsi işləri icra olunur. 435 metr uzunluğa malik Mətbuat küçəsində isə yeni asfalt örtüyünün döşənməsi işləri son mərhələdə olmaqla davam etdirilir.

Hər üç küçədə torpaq yatağının eni 8, yolun hərəkət hissəsinin eni 6 metrdir.

Vurğulanıb ki, “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən sonuncu mərhələdə küçələrdə avtonəqliyyat vasitələrinin normal hərəkətinin təşkili üçün üfüqi nişanlanma xətlərinin çəkilişi işləri aparılacaq. Yenidənqurma işləri tərtib olunmuş qrafikə və texnoloji ardıcıllığa uyğun şəkildə icra olunur.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş