“Təhlükəsizlik səbəblərindən Ali Rəhbərin harada olduğu gizli saxlanılır”
“İranın Ali Rəhbəri Müctəba Xameneyi sağdır və vəzifələrini yerinə yetirməyə davam edir”. AYNA.AZ xəbər verir ki, bu sözləri İran Prezidenti Məsud Pezeşkian "India Today"ə verdiyi müsahibədə deyib.
"Allaha şükür ki, Ali Rəhbərimiz sağdır və əvvəlki kimi vəzifələrini yerinə yetirməyə davam edir", Pezeşkian deyib.
O əlavə edib ki, “ABŞ və İsrail İran liderlərini, komandirlərini və elm adamlarını, o cümlədən ailə üzvlərinin yerləşdiyi evləri hədəf aldığı üçün təhlükəsizlik səbəblərindən Ali Rəhbərin harada olduğu gizli saxlanılır”.
Pezeşkian həmçinin ABŞ və İsraili şayiələr yaymaqda günahlandıraraq iddia edib ki, onlar Xameneyini tapa bilməyiblər.