Pezeşkian: “Tramp İrana qarşı planlar qurur”

Dünya

10.02.2025 - 16:38

Həkimlər Klinikalar SEO Xidməti

“ABŞ İranı diz çökdürməyi ancaq xəyal edə bilər”

“ABŞ lideri Donald Tramp İranla danışıqlara başlamaq istəyindən danışır, lakin bu arada ona qarşı yeni intriqalar hazırlayır”. AYNA xarici mediaya istinadən bildirir ki, bu sözləri İran Prezidenti Məsud Pezeşkian İslam İnqilabının 46-cı ildönümü münasibətilə keçirilən bayram tədbirləri zamanı deyib deyib.

“Tramp davamlı olaraq İranla danışıqlara hazır olduğunu deyir. Bununla yanaşı, o, daha çox anti-İran fərmanlar imzalayır. ABŞ İranı diz çökdürməyi ancaq xəyal edə bilər”, - Prezident vurğulayıb.

Pezeşkianın sözlərinə görə, İran xalqın köməyi ilə “dost olmayan ölkələrin” planladığı bütün sui-qəsdlərin həyata keçirilməsinin qarşısını ala biləcək: “Düşmən İran cəmiyyətində parçalanma yaratmağa çalışır və hesab edir ki, bu ona planlarını həyata keçirməyə kömək edəcək. Allaha təvəkkül, birliklə biz böhrandan çıxacağıq”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş