Pentaqon 400 milyon dollar dəyərində "Locust" lazer antidron sistemləri tədarük edəcək
Pentaqon ilk dəfə olaraq ABŞ-nin "AeroVironment" texnologiya şirkətindən 400 milyon dollar dəyərində "Locust" lazer antidron sistemləri tədarük edəcək. AYNA.AZ bildirir ki, bu barədə “Bloomberg” mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, bu müqavilə ABŞ ordusunun kiçik və orta ölçülü PUA-ları məhv etmək üçün daha sərfəli və etibarlı üsullar axtardığını nümayiş etdirir.
Qeyd edək ki, bir müddət əvvəl Pentaqonun pilotsuz sistemlər proqramının meneceri Trevis Metz ABŞ-nin yerli dron sənayesini qurmaqda hələ çox erkən və çətin bir mərhələdə olduğunu vurğulamışdı.