Pele əməliyyat olunub

İdman

07.09.2021 - 01:44

Həkimlər Klinikalar SEO Xidməti

Pele: "Şənbə günü yoğun bağırsaqda şişin aradan qaldırılması üçün əməliyyat olundum" 

Braziliyanın futbol üzrə üçqat dünya çempionu Pele cərrahi əməliyyat olunub. AYNA “Report”a istinadən xəbər verir ki, o, bu barədə özünün "Facebook"dakı səhifəsində yazıb.

Keçmiş futbolçu qeyd edib ki, cərrahi əməliyyat yoğun bağırsağındakı şişlə əlaqədar olub.

"Şənbə günü yoğun bağırsaqda şişin aradan qaldırılması üçün əməliyyat olundum. Şiş ötən həftə keçirdiyim müayinə zamanı aşkar edildi", - deyə Pele yazıb. O, gələcəyə nikbin baxdığını, ailəsi və dostlarının əhatəsində olması ilə əlaqədar özünü xoşbəxt hiss etdiyini əlavə edib.

Pele bir neçə gün əvvəl müayinə olunması üçün San-Pauludakı özəl klinikaya yerləşdirilib. Onun nümayəndələri 80 yaşlı "futbol kralı"nın sağlamlığında problemlərin aşkarlandığını bildiriblər. Lakin onlar söhbətin hansı problemdən getdiyini açıqlamayıblar.

Pele futbol üzrə yeganə üçqat (1958, 1962, 1970-ci illər) dünya çempionudur. O, Braziliya yığmasının heyətində 92 matç keçirib və 77 qol vurub. Əfsanəvi idmançı Beynəlxalq Futbol Federasiyasının versiyasına görə XX əsrin ən yaxşı futbolçusu elan edilib.

Hücumçu Braziliyanın "Santos" (1956-1974-cü illər) və Amerikanın "Nyu-York Kosmos" (1975-1977) komandalarının heyətində çıxış edib. Pele karyerası ərzində 1 279 qolla Ginnessin “Rekordlar” kitabına düşüb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş