Paşinyanın ŞƏT sammitində erməni dilində çıxışı Kremli təəccübləndirib

Dünya

06.09.2026 - 23:58

Dmirti Peskov: “Bu, Ermənistanın suverenliyini elan etmək üçün bir siqnal idi”

Kreml Ermənistanın Baş naziri Nikol Paşinyanın Bişkekdə keçirilən ŞƏT sammitində erməni dilində çıxışından təəccüblənib. AYNA.AZ rus mediasına istinadən bildirir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov deyib. Bununla yanaşı, Peskov Paşinyanın qərarına hörmətlə yanaşdığını söyləyib.

"Bəli, bu, Ermənistanın suverenliyini elan etmək üçün bir siqnal idi. Açığı, bunun niyə rus dilində ifadə edilə bilmədiyini başa düşmürük", - deyə Kreml rəsmisi bildirib.

"Amma bu, dövlət başçısının seçimidir. Biz ona hörmət edirik. Əgər bu qədər vacibdirsə, ən vacib şeydirsə, onda biz də bu seçimə hörmətlə yanaşırıq", - deyə Peskov əlavə edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş