Paşinyan sözçüsünü vəzifədən azad edib

Dünya

09.11.2021 - 12:33

Baş nazir Mane Gevorqyanla bağlı qərar imzalayıb

Ermənistan Baş naziri Nikol Paşinyanın mətbuat katibi Mane Gevorqyan tutduğu vəzifədən azad olunub. AYNA erməni mediasına istinadən bildirir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan imzalayıb.

Məlumata görə, qərar “Dövlət qulluğu haqqında” qanunun 9-cu maddəsinin 10-cu bəndinə əsasən imzalanıb.

Qeyd edək ki, Mane Gevorqyan bu vəzifəyə 2020-ci ilin martında təyin olunmuşdu.

Müəllif: Ayna.az