Paşinyan Qırğızıstana gedib

Dünya

06.08.2026 - 12:36

Ermənistan Baş naziri Avrasiya Hökumətlərarası Şurasının iclasında iştirak edəcək

Ermənistanın Baş naziri Nikol Paşinyan Qırğızıstana iki günlük səfər edib. AYNA.AZ-ın erməni mediasına istinadən məlumatına görə, onun mətbuat katibi Melaniya Harutyunyan bildirib ki, Baş nazir Çolpon-Atada keçiriləcək Avrasiya Hökumətlərarası Şurasının növbəti iclasında iştirak edəcək.

Paşinyan əvvəllər Ermənistanın Rusiya bazarına ixracına qoyulan məhdudiyyətlər məsələsini həll etmək üçün Rusiya ilə müzakirələri davam etdirəcəyini bildirmişdi.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş