Parlament Türkiyənin Azərbaycana hərbi qüvvələr göndərməsini təsdiqləyib

Siyasət

17.11.2020 - 18:38

Həkimlər Klinikalar SEO Xidməti

Layihə parlamentin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb

 

Türkiyə Böyük Millət Məclisi Azərbaycana hərbi qüvvələr göndərilməsi ilə bağlı qanun layihəsini təsdiqləyib.

 

AYNA xəbər verir ki, layihə parlamentin bu gün keçirilən iclasında müzakirə olunub və qəbul edilib.

 

İclasa TBMM-nin sədr müavini, Xalqların Demokratik Partiyasından (HDP) olan depuat Nemətulla Ərdoğmuş rəhbərlik edib.

 

Xatırladaq ki, Türkiyə Azərbaycana hərbi qüvvə göndərəcək. Ölkənin Prezident Administrasiyası bununla bağlı qanun layihəsi hazırlayıb.

 

Layihəyə əsasən, Türkiyə hərbçiləri 1 il müddətinə Dağlıq Qarabağdakı Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzində fəaliyyət göstərəcəklər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş