Hadisə yerinə Yanğından Mühafizə Xidmətinin xilasetmə qüvvələri cəlb olunub
Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 “qaynar xətt”inə, Ağsu rayonunun Ərəbmehdibəy kəndində, Girdimançay çayının sahilində bir nəfərin palçığa bataraq köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
FHN-in mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşı xilas edib və aidiyyəti üzrə təhvil veriblər.