Pakistan XİN: “Qardaş Azərbaycan xalqının yanındayıq”

Siyasət

27.09.2020 - 21:43

Pakistan XİN ermənilərin cəhbədəki təxribatı barədə bəyanat yayıb

 

Pakistan Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Dağlıq Qarabağ bölgəsində növbəti hərbi təxribatını pisləyən bəyanat yayıb.

 

AYNA-nın xəbərinə görə, Pakistan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir ki, erməni silahlı qüvvələri tərəfindən sentyabrın 27-də Azərbaycanın Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarının kəndlərinin mülki əhalisini intensiv atəşə tutmasını qınayırıq və bu, növbəti təxribatdır.

 

“Bu, bütün bölgənin sülh və təhlükəsizliyi üçün ciddi təhdiddir. Pakistan qardaş Azərbaycan xalqının yanındadır və onun ərazi bütövlüyünü dəstəkləyir. Azərbaycanın BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağla bağlı olan qətnamələrinə əsaslanan mövqeyini dəstəkləyirik”, - deyə bəyanatda qeyd edilib.

Müəllif: Ayna.az