Özünü tam sağlam hiss edən insan virus yaya bilər

Maraqlı

31.03.2020 - 13:30

Mütəxəssisdən koronavirusla bağlı diqqətəalınacaq tövsiyə

 

Təbabətdə Minimal Yoluxucu Doz (Minimal infective dose) anlayışı var. Yəni insan yoluxmaq üçün virus və ya bakteriyanın hansısa bir sayı ilə qarşılaşmalıdır. Bir çox viruslar üçün bu rəqəm 10 min ətrafında dolaşır.

 

Bu yeni virus haqqında dəqiq məlumat olmasa da, hardasa bir neçə yüz, maksimum min ədəd olaraq düşünülür.

 

Bu, nə deməkdir?

 

Götürək ki, bir insan başqa yoluxmuş şəxslə

 

əl ilə görüşərsə, 100 virus,

öpüşərsə, 1000 virus

bir metr məsafədən söhbət edərsə, 10 virus alacaq.

 

Bunlar təxmini rəqəmlərdir, əlbəttə. Amma vəziyyəti izah etmək üçün yarayır. O zaman bir insan yoluxmuş bir şəxslə öpüşərsə, böyük ehtimalla xəstələnəcək.

 

Bir insan bircə dəfə yoluxmuş adamla əl ilə görüşərsə, böyük ehtimalla, xəstələnməyəcək. Bir insan bir gündə 2 dəfə yoluxmuş şəxslə 1 metr məsafədən söhbətləşərsə, çox böyük ehtimalla tam sağlam qalacaq. Virusun sizi xəstələndirməyəcək dozunu alıb sağlam qaldınızsa, sizdə o virusa qarşı immunitet formalaşacaq.

 

Ona görə, əzizlərim, kontakt sayı azaldılmalıdır. Bir də virus keçəndən neçə gün sonra problemlər başlayır?

 

Virus yoluxmuş insan xəstələnsə də, xəstələnməsə də, 20 gün virusu yayır. Xəstələnmiş insan sağalıb evə getdikdən 2 gün əvvəl virus onun bədənindən yoxa çıxır.

 

Virusyayma insan özünü xəstə hiss etmədən 2.5 gün əvvəl başlayır və 1 gün əvvəl zirvə vurur. Yəni özünü tamamilə sağlam hiss edən insan çoxlu virus yaya bilər.

 

Doktor Vasif İsmayıl

Müəllif: Ayna.az