Özünü qumbara ilə partladan erməni əsgərinin ölümü ilə bağlı bir nəfər tutulub

Dünya

28.09.2026 - 23:21

İstintaq 23 yaşlı müqaviləli əsgərin intihar həddinə çatdırıldığı qənaətinə gəlib

Özünü qumbara ilə partladan erməni əsgərin ölümü ilə bağlı bir nəfər həbs edilib. AYNA.AZ-ın “Armlur”a istinadən məlumatına görə, istintaq 23 yaşlı müqaviləli əsgərin intihar həddinə çatdırıldığı qənaətinə gəlib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hazırda əsgərin şəxsi problemləri ilə bağlı müxtəlif halları araşdırırlar.

Əvvəllər mediada yayılan məlumatlarda özünü partladan əsgərin hadisədən əvvəl əsgər yoldaşları ilə borc məsələsi ilə bağlı mübahisəsinin baş verdiyi bildirilirdi. Qeyd olunurdu ki, bu borclar qumar asılılığından qaynaqlanır.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hələlik bu versiyaların heç birini təsdiqləməyiblər.

 Xatırladaq ki, Ermənistan Müdafiə Nazirliyi əvvəllər müqaviləli əsgər D.K.-nın 24 sentyabrda baş verən partlayışda hələ də qeyri-müəyyən şəraitdə həlak olduğunu bildirmişdi. Hadisələrin aydınlaşdırılması üçün araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş