Ov mövsümü başlayır

Xəbərlər

07.10.2021 - 18:19

Həkimlər Klinikalar SEO Xidməti

Ov mövsümünün oktyabrın 8-dən etibarən açılması qərara alınıb

Ov Məsələləri üzrə Koordinasiya Şurasının növbəti iclası keçirilib və ov mövsümünün açıq elan edilməsinə qərar verilib.

AYNA xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyevin sözlərinə görə, Azərbaycan Milli Elmlər Akademiyasının, aidiyyəti dövlət qurumlarının, beynəlxalq təşkilatların və ictimai birliklərin nümayəndələrinin təmsil olunduğu iclasda ov mövsümünün başlanması, vəhşi heyvanların və quşların ovlanmasının müddətləri, normaları, limitləri müzakirə olunub və ov mövsümünün oktyabrın 8-dən etibarən açılması qərara alınıb: “Ovlanmasına icazə verilən vəhşi heyvanların və quşların ovlanma müddətləri və normaları ilə bağlı elan nazirliyin rəsmi internet səhifəsinin “Elanlar” bölməsində yerləşdirilib”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş