Otuz üç saylı Xətai birinci seçki dairəsinin nəticələri də etibarsız sayıldı

Xəbərlər

13.02.2020 - 17:32

cedabet dərman SEO Xidməti

21 seçki məntəqəsi üzrə pozuntular aşkar edilib

 

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 33 saylı Xətai birinci seçki dairəsindən deputatlığa namizəd Fuad Abbasovun müraciətinə baxılıb.

 

AYNA xəbər verir ki, məsələ ilə bağlı MSK üzvü İlkin Şahbazov məlumat verib.

 

MSK üzvü bildirib ki, 21 seçki məntəqəsi üzrə pozuntular aşkar edilib: “Ümumilikdə məntqələrin sayı isə 40-dır”.

 

İclasda həmin dairənin 21 seçki məntqəsi üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsi məsələsi müzakirəyə çıxarılıb və qəbul edilib. Beləliklə, həmin dairə üzrə nəticələr ləğv olunub.

 

Qeyd edək ki, həmin dairə üzrə lider namizəd Hüseynbala Mirələmov idi.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş