Ötən gün 64 nəfər toy şənliklərinə buraxılmayıb

Xəbərlər

18.08.2021 - 13:31

Yoxlanış zamanı onların COVID-19 pasportu olmadığı müəyyənləşib

 

Daxili İşlər Nazirliyinin (DİN), Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri avqustun 17-də Bakı şəhərində və respublikanın digər ərazilərində 21 toy şənliyinin monitorinqini aparıblar.

 

DİN-in Mətbuat Xidmətindən AYNA-ya bildirilib ki, monitorinqlər 18 şadlıq sarayında, 3 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

 

Monitorinqlər zamanı toy şənliklərində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 3 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimələnib. COVID-19 pasportu olmadığına görə 64 nəfər toy şənliklərinə buraxılmayıb.

Müəllif: Ayna.az

GÜLSÜM

Dünən, 22:14 Yazarlar