Ötən gün 107 axtarışda olan şəxs saxlanılıb

Xəbərlər

22.08.2026 - 13:51

Azərbaycanda dünən 47 cinayət açılıb

Avqustun 21-də ölkə ərazisində qeydə alınan 43, əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. AYNA.AZ xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.

Qeyd olunub ki, axtarışda olduğuna görə ümumilikdə 107, o cümlədən borclu şəxs qismində axtarışda olan 94 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

⁠Narkotiklərlə əlaqəli 16, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 10 fakt müəyyən edilib.

⁠Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş