Müdafiə Nazirliyi məlumat yayıb
Azərbaycan Ordusunun hərbi qulluqçusu göldə boğulub. AYNA-nın xəbərinə görə, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, martın 30-da Xocavənd rayonu ərazisində xidmətdən kənar vaxtda göldə çimməyə cəhd göstərən Azərbaycan ordusunun giziri Əliyev Heydər Rövşən oğlu boğularaq ölüb. Faktla bağlı araşdırma aparılır.