Sarızadə Elvin Azər oğlu məzuniyyətdə olarkən yanaraq ölüb
Azərbaycan Ordusunun hərbçisi yanaraq ölüb. AYNA xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Sarızadə Elvin Azər oğlu aprelin 5-də məzuniyyətdə olarkən yanması nəticəsində vəfat edib. Faktla bağlı araşdırma aparılır.