Ordumuzda hərbi beşnövçülük yarışları keçirilib - <font color=red> VİDEO</font>

Xəbərlər

23.05.2021 - 06:10

Həkimlər Klinikalar SEO Xidməti

Qaliblər diplom, fəxri fərman və medallarla mükafatlandırılıb

 

Müdafiə nazirinin müvafiq əmrinə əsasən hərbi qulluqçular arasında hərbi beşnövçülük yarışları keçirilib. AYNA xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, yarışlarda müxtəlif qoşun növlərində və birləşmələrdə xidmət edən hərbi idmançılar fərdi və komanda birinciliyi uğrunda mübarizə aparıb.

 

Hərbi qulluqçular maneələr zolağının dəf edilməsi, atış, qumbaraatma, kross və üzgüçülük növləri üzrə hərbi beşnövçülükdə güclərini sınayıb. Sonda qaliblər diplom, fəxri fərman və medallarla mükafatlandırılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş