Ordumuz düşmənin polkovnikini məhv edib

Xəbərlər

15.10.2020 - 11:39

Paşinyan hərbi hissə komandiri Vaaqn Asatryanın öldürüldüyünü açıqlayıb

 

Azərbaycan Ordusu Ermənistanın daha bir polkovnikini məhv edib. AYNA xəbər verir ki, bu barədə işğalçı ölkənin Baş Naziri Nikol Paşinyan öz “Facebook” səhifəsində məlumat verib.

 

Paşinyan qeyd edib ki, Ermənistanın silahlı qüvvələrinin polkovniki, hərbi hissə komandiri Vaaqn Asatryan Azərbaycan Ordusu tərəfindən məhv edilib.

Müəllif: Ayna.az