Ordu üçün toplanan vəsaitin məbləği açıqlanıb

Xəbərlər

01.02.2021 - 16:37

Müdafiə Nazirliyi vəsaitlə bağlı məlumat yayıb

 

Azərbaycan Ordusuna Yardım Fonduna daxil olan vəsaitin məbləği açıqlanıb. AYNA xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

 

Məlumata əsasən, cari il fevralın 1-dək 212 156 968 AZN, 11 176 390 ABŞ dolları, 183 484 avro, 593 924 Türkiyə lirəsi, 1 844 ingilis funt sterlinqi və 5 398 550 rubl vəsait daxil olub.

Müəllif: Ayna.az