Bu barədə Ombudsmanın 2020-ci il üzrə məruzəsində qeyd olunub
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aliment Fondunun yaradılmasını təklifi edir. AYNA-nın xəbərinə görə, bu barədə Ombudsmanın 2020-ci il üzrə məruzəsində qeyd olunub.
Məruzədə vurğulanan təklifə görə, uşağın saxlanılması üçün məhkəmənin təyin etdiyi alimentin dövlət tərəfindən (sonradan borcludan məcburi qaydada alınması şərti ilə) ödənilməsi üzrə mexanizmi (Aliment Fondu) yaradılmalıdır.
Qeyd edək ki, məruzə Milli Məclisin İnsan hüquqları komitəsinin sabah keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.