Öküz yarışları da təxirə salındı

Dünya

21.04.2020 - 19:33

cedabet dərman SEO Xidməti

Bu barədə Pamlona şəhər bələdiyyəsi açıqlama verib

 

İspaniyada öküzlərin yarışdığı dünya şöhrətli “San Fermin” festivalının koronavirus səbəbiylə ləğv edildiyi açıqlanıb.

 

AYNA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Pamlona şəhər bələdiyyəsi açıqlama verib.

 

“San Fermin” ilk dəfə 1937-1938-ci illərdə İspaniya vətəndaş müharibəsində və 1978-ci ildə festivalın ikinci günü baş verən qanlı hadisələrə görə ləğv edilmişdi.

 

İspaniyada ləğv olunan digər əhəmiyyətli tədbirlərə Valensiyadakı Las Fallas (15-19 Mart), Sevilindəki Aprel Sərgisi (25 aprel-2 May) və Pasxa mərasimləri daxildir.

 

İspaniya hökuməti koronavirusdan ən çox zərər görən, ölkə iqtisadiyyatının lokomotivi olan turizm sektorunun fəaliyyətinin normala qayıdacağını bildirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş