Oğuzda maskadan istifadə etməyənlər cərimələnib

Xəbərlər

29.07.2020 - 12:07

cedabet dərman SEO Xidməti

Polis rayon ərazisində reyd keçirib

 

Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən ölkədə elan edilən karantin rejimi qaydalarına rayon ərazisində riayət edilməsi məqsədilə tədbirlər davam etdirilir. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan AYNA-ya verilən məlumata görə, polis əməkdaşları tərəfindən qapalı məkanlarda tibbi maskadan istifadə etməyənlərə qarşı reyd keçirilib. Reyd zamanı mağazalarda bəzi satıcı və müştərilərin tibbi maskadan istifadə etmədiyi aşkarlanıb.

 

Onlarla aparılan söhbətlər zamanı koronavirus infeksiyasının fəsadları diqqətə çatdırılıb və fərdi tənəffüs yollarını qoruyan vasitələrdən istifadənin zəruriliyi, mövcud sanitar-gigiyenik qayda və tələblərə riayət etmələrinin vacibliyi izah olunub.

 

Edilən xəbərdarlıqlara baxmayaraq, qaydaları pozmaqda davam edən 11 şəxs barəsində protokol tərtib edilib, onlar cərimələniblər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş