Quru ot, kol-kos və qurumuş ağac kötükləri yanıb
Avqustun 11-də Oğuz rayonu, Xaçmaz kəndi yaxınlığında, mürəkkəb relyefli dağlıq ərazidə baş verən yanğın söndürülüb. Bu barədə AYNA-ya Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən bildirilib.
Yanğın zamanı 1,5 ha sahədə quru ot, kol-kos və qurumuş ağac kötükləri yanıb.
Yanğın FHN Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələrinin şəxsi heyəti (mürəkkəb relyefli dağlıq ərazi olduğu üçün əsasən əl əməyindən istifadə olunub) tərəfindən söndürülüb.
Meşə zolağı yanğından mühafizə olunub.