Dəmir barmaqlıqlar maddi sübut kimi götürülüb
Bərdə rayonunun Qaradəmirçi kənd qəbiristanlığından oğurluq edən keçmiş məhkum Elnur Mikayılov polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan AYNA-ya verilən məlumata görə, E.Mikayılovun idarə etdiyi avtomobilə baxış keçirilən zaman oradan oğurladığı dəmir barmaqlıqlar maddi sübut kimi götürülüb.
Faktla bağlı Bərdə Rayon Polis Şöbəsində araşdırma aparılır.