Nigar Köçərliyə "Cəngavər" rütbəsi verilib

Mədəniyyət

07.04.2023 - 13:02

“Həyatımda aldığım ilk mükafatdır"

“Əli və Nino” kitab mağazaları şəbəkəsinin və Milli Kitab Mükafatının təsisçisi Nigar Köçərli Fransanın İncəsənət və Ədəbiyyat Ordeninin (Ordre des Arts et des Lettres) Cəngavər rütbəsi ilə təltif olunub.

AYNA-nın məlumatına görə, bu barədə Köçərli sosial media hesabında bildirib.

"Bu, mənim üçün tam gözlənilməz oldu. Həyatımda aldığım ilk mükafatdır", - deyə Nigar Köçərli qeyd edib.

Köçərli bildirib ki, orden mayın 4-də təqdim ediləcək.

Müəllif: Ayna.az