Neyrocərrahiyyə Xəstəxanasında yanğın

Hadisə

07.07.2021 - 18:44

Həkimlər Klinikalar SEO Xidməti

TƏBİB baş verən yanğınla bağlı məlumat yayıb

 

Bu gün saat 17:43-də Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Xətai rayonunda yerləşən Respublika Neyrocərrahiyyə Xəstəxanasının həyətyanı ərazisində yanğın olması barədə məlumat daxil olub. AYNA-nın xəbərinə görə, nazirlikdən daxil olan məlumatda bildirilir ki, FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb olunub.

 

Yanğınsöndürənlərin çevik müdaxiləsi nəticəsində yanğının genişlənməsinin qarşısı alınıb, yanğın saat 17:52-də söndürülüb.

 

İlkin məlumata əsasən, xəstəxananın həyətyanı ərazisində karton və taxta tullantıları təqribən 10 kv.m sahədə yanıb. Xəstəxana binası yanğından mühafizə olunub.

 

TƏBİB baş verən yanğınla bağlı məlumat yayıb. Qurumdan yanğının Respublika Neyrocərrahiyyə Xəstəxanasının həyətində baş verdiyi qeyd olunub.

 

 “Yanğınsöndürənlərin müdaxiləsi ilə alovun qarşısı alınıb”, - deyə TƏBİB-in məlumatında bildirilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş