Nərimanovda onaltımərtəbəli yaşayış binasında yanğın

Hadisə

20.07.2021 - 16:21

Yanğınsöndürənlər avtomobillərin nizamsız park edilməsi səbəbindən çətinliklə üzləşiblər

 

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonunda yerləşən onaltımərtəbəli yaşayış binasında yanğın olması barədə məlumat daxil olub. Məlumat qəbul ediləndən dərhal sonra FHN-nin müvafiq xilasetmə qüvvələri yanğın baş verdiyi ünvana cəlb olunub.

 

FHN-dən AYNA-ya bildirilib ki, ilkin məlumata əsasən, binanın şaxtasında elektrik kabelləri yanıb. Yanğınsöndürmə işləri nəticəsində yanğın söndürülüb.

 

Qeyd edək ki, yanğınsöndürmə işlərinə cəlb olunan yanğından mühafizə bölmələri yaşayış binasının həyətinə girişdə və həyətində vətəndaşlar tərəfindən avtomobillərin nizamsız park edilməsi səbəbindən çətinliklə üzləşiblər.

Müəllif: Ayna.az