Nərimanov və Xətaidə əlavə vaksinasiya məntəqələri yaradılıb

Xəbərlər

25.08.2021 - 15:23

Vətəndaşlar onlayn qaydada növbə götürməlidirlər

 

Yeni növ koronavirus (COVID-19) əleyhinə peyvəndləmə ilə əlaqədar Nərimanov və Xətai rayon əraziləri üzrə şəhər poliklinikalarında yaranan sıxlığı aradan qaldırmaq məqsədilə əlavə vaksinasiya məntəqələrinin fəaliyyətinə zərurət yaranıb.

 

Səhiyyə Nazirliyinin Mətbuat Xidmətindən AYNA-ya verilən məlumata görə, Xətai rayonunun 8 nömrəli Uşaq Poliklinikası (ünvan: Əliağa Şıxlinski küçəsi, 59) və Nərimanov rayonunun 7 nömrəli Uşaq Poliklinikası (ünvan: Faiq Yusifov küçəsi, 37) vaksinasiya prosesinə cəlb edilib.

 

Vətəndaşlar həmin məntəqələrdə vaksin olunmaq üçün “https://randevu.its.gov.az/” saytına daxil olaraq, “COVID-19 vaksin randevu” elektron xidmətindən istifadə etməklə onlayn qaydada növbə götürməlidirlər.

 

Müəllif: Ayna.az